Ana səhifə XəbərlərCəmiyyət DİN-də yeni TƏYİNAT

DİN-də yeni TƏYİNAT

admin2

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

“guney.az” xəbər verir ki, bu barədə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Polis polkovnik-leytenantı, Natiq Əliyarov Qazax rayonu Daş Salahlı polis bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Məlumat üçün qeyd edək ki, Polis polkovnik-leytenantı, Natiq Əliyarov, 2005-ci ildən DİO-da xidmət edir. Bir çox vəzifələrdə xidmət edib. Belə ki əvvəllər Gəncə şəhər Baş polis idarəsində ictimai təhlükəsizlik idarəsində inspektor, müstəntiq, baş müstəntiq, əməliyyat müvəkkili, Göyçay və  Qazax RPŞ-də əməliyyat müvəkkili vəzifələrində, sonuncu dəfə Qazax RPŞ-nin şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

07 oktyabr 2023-cü il tarixdə cənab nazir tərəfindən tutduğu vəzifədən azad edilərək, Qazax rayonu Daş Salahlı polis bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. (dovrunnabzi.az)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00