Ana səhifə XəbərlərDünya Saxlanılan qaqauz liderindən Ərdoğana və Putinə müraciət

Saxlanılan qaqauz liderindən Ərdoğana və Putinə müraciət

admin

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onun tezliklə azadlığa buraxılması üçün Moldova hakimiyyətinə təzyiq göstərməsini xahiş edib.

Qutsulun vəkilləri vasitəsi ilə Ərdoğan və Putinə edilən müraciətində tarixi dostlarına heç vaxt xəyanət etməyən qaqauz xalqı adından müraciət edərək siyasi repressiyalara dərhal son qoymaq və onun tezliklə azadlığa buraxılması üçün Moldova hakimiyyətinə təzyiq göstərilməsi üçün bütün diplomatik, siyasi və hüquqi mexanizmlərdən istifadə edilməsi qeyd olunub.

Qutsul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı müraciətində, həm də qaqauz xalqının qanuni hüquqlarının qorunmasında onun köməyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Evgeniya Qutsul martın 25-də İstanbula uçarkən ölkədən çıxış qadağası səbəbindən Kişineu hava limanında 72 saat müddətinə saxlanılıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00