Ana səhifə XəbərlərDünya Navalnıya görə sanksiyalar olacaq – Kemeron

Navalnıya görə sanksiyalar olacaq – Kemeron

admin2

Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcəyik.

Bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron “Skay Nyus” telekanalına müsahibəsində bildirib.

“Buna görə məsuliyyət daşıyan ayrı-ayrı adamların və bu istiqamətdə görüləcək tədbirlərin olub-olmamasına baxırıq. Sanksiyaları əvvəlcədən elan etmirik, ona görə də əlavə bir şey deyə bilmərəm”, – Kemeron söyləyib.

Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00