Ana səhifə XəbərlərMədəniyyət “Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert

“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert

admin

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan muğamı” layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.

Konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir.

Layihənin ilk konsertində tar, kamança və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olundu. İfaçılıq ənənələrinin yaşadılması və ötürülməsinə yönələn bu layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gələcək.

Konsertdə tanınmış ifaçılar, Xalq artistləri Şəfiqə Eyvazova, Malik Mansurov, Əməkdar artistlər Təranə Əliyeva, Çinarə Mütəllimova, Vüsal İsgəndərzadə, Ələkbər Ələkbərov, beynəlxalq və respublika müsabiqələri laureatları Aysu Sadıqova, Arifə İmanova, Ayaz İmranov, Elnur Mikayılov çıxış ediblər.

Konsert tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
    -
    00:00
    00:00