328
Çin Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda Amerika filmlərinin nümayişini dayandırmağı planlaşdırır.
Bu barədə Dövlət Kinematoqrafiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu tədbir Vaşinqtonun hərəkətlərinə cavab olaraq atılıb.
Departamentin bəyanatında deyilir: “ABŞ hökumətinin Çinə qarşı rüsumlardan sui-istifadə etməklə bağlı səhv təcrübəsi qaçılmaz olaraq çinli tamaşaçıların Amerika filmlərinə olan rəğbətinin daha da azalmasına səbəb olacaq. Biz bazar qaydalarına əməl edəcəyik, tamaşaçı seçiminə hörmətlə yanaşacağıq və idxal olunan Amerika filmlərinin sayını orta dərəcədə azaldacağıq”.
Bundan əlavə, 2024-cü ildə Çində nümayiş olunan filmlərin təxminən 85%-i yerli istehsal edilib.