Ana səhifə XəbərlərDünya İlham Əliyevə təşəkkür – İsraildən Bakıdakı gizli görüşə REAKSİYA

İlham Əliyevə təşəkkür – İsraildən Bakıdakı gizli görüşə REAKSİYA

admin

İsrailin baş nazirinin ofisi Türkiyə nümayəndələri ilə Azərbaycanda aparılan danışıqları təsdiqləyən bəyanat yayıb.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Qeyd olunub ki, danışıqlara Milli Təhlükəsizlik Baş Qərargahının rəisi Tzachi Haneqbi rəhbərlik edib.

Məlumatda deyilir ki, Müdafiə Nazirliyi və təhlükəsizlik qurumlarının yüksək rütbəli nümayəndələrinin də iştirak etdiyi siyasi və təhlükəsizlik nümayəndə heyəti dünən axşam Türkiyə nümayəndə heyəti ilə görüşüb.

“İsrail mühüm danışıqların təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir. Danışıqlar zamanı hər bir tərəf regionda öz maraqlarını təqdim edib və sabitliyi və təhlükəsizliyi qorumaq üçün dialoq yolunu davam etdirmək qərara alınıb”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə və İsrail nümayəndə heyətlərinin Azərbaycanda kritik görüş keçirdiyi barədə məlumat yayıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00