Ana səhifə XəbərlərDünya Çox yaxında Bakı-İrəvanın sülhünün şahidi olacağıq – Ceyms O`Brayn

Çox yaxında Bakı-İrəvanın sülhünün şahidi olacağıq – Ceyms O`Brayn

admin2

Ümid edirik ki, çox yaxında tərəflərin sülh razılaşmasının əldə etdiklərinin şahidi olacağıq.

unu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayn deyib

O`Brayen hər iki tərəfin sülh sazişini imzalamaqda maraqlı olduğunu bildirib: “Biz, eləcə də Avropa İttifaqı tərəfdaşlarımız və digərləri kömək etməyə hazırıq. Biz istərdik ki, bütün bunlar tezliklə sona çatsın, çünki erkən sülh çox böyük fayda gətirəcək”.

Azərbaycan və Ermənistan XİN başçılaırnın Vaşiqnton görüşü ilə bağlı mövqeyini açıqlayan amerikalı diplomat deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasını dəstəkləməkdən çox xoşbəxtdirlər: “Biz artıq hər iki ölkənin xarici işlər naziri arasında sülh danışıqlarının bir neçə raunduna ev sahibliyi etmişik və tərəflər sülhün əldə edilməsinə kömək edəcəyinə qərar versələr, bunu yenidən edəcəyik. Biz kömək etməyə hazırıq. Biz hər iki tərəfi görüşməyə təşviq edirik və onlar da buna hazır olduqlarını bildiriblər”.

XİN başçılarının bu ilin sonunadək baş tutub-tutmayacağına gəldikdə O’Brayn bildirib ki, bu il üçün kifayət qədər vaxt qalmayıb, amma əllərindən gələni edəcəklər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00