Ana səhifə XəbərlərDünya Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK – 15 milyard dollarlıq borcunu bağlayacaq

Bu ölkədən Suriyaya BÖYÜK DƏSTƏK – 15 milyard dollarlıq borcunu bağlayacaq

admin

Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan təxminən 15 milyard dollarlıq borcunu ödəməyi planlaşdırır.

Məqsəd ölkəyə yenidənqurma qrantlarının cəlb olunmasına nail olmaqdır.

2024-cü ilin dekabrındakı hakimiyyət dəyişikliyindən bəri Ər-Riyad Suriyaya maliyyə yardımı göstərməyib.

Maliyyə qurumunun ölkəyə qrant və digər yardım formalarını təsdiqləməsi üçün Suriya Dünya Bankına olan borcunu ödəməlidir. Lakin Dəməşqdə xarici valyuta çatışmazlığı var və xaricdəki dondurulmuş aktivlərdən istifadə etməklə borcların ödənilməsi planı həyata keçirilməyib.

Agentliyin məlumatına görə, Dünya Bankı Suriyanın vətəndaş müharibəsi illərində zədələnmiş enerji sisteminin bərpası üçün qrant ayıra bilər. Büdcə işçilərinin maaşları üçün vəsaitin ayrılması da müzakirə olunur. Reuters agentliyinin məlumatına görə, yüksək səviyyəli Suriya nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclaslarında iştirak etmək üçün aprelin sonunda Vaşinqtona gedəcək.

Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla əksər ölkələr Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-ın mövqeyini gözləyərək, Suriyanın yeni hökumətinə maliyyə yardımı göndərilməsini gecikdirir. “The Wall Street Journal”ın yazdığına görə, fevral ayında Suriya Mərkəzi Bankı Rusiyadan 23 milyon dollar ekvivalentində yerli valyuta alıb. Mart ayında “Reuters” xəbər vermişdi ki, Misir ABŞ-ın icazəsi ilə İordaniya vasitəsilə Suriyaya qaz tədarük etmək qərarına gəlib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00