Ana səhifə XəbərlərDünya Bu ikili siyasətdən itirən Qərb olacaq – AÇIQLAMA

Bu ikili siyasətdən itirən Qərb olacaq – AÇIQLAMA

admin2

“Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməsi erməni lobbisinin və Ermənistanın havadarları tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyası məqsədilə sifariş əsasında qəbul edilib. Bu, bir daha Avropa Parlamentinin erməni lobbisinin təsiri altında olduğunu sübut edir. Çünki hazırlanan sənəddə əksini tapan fikirlər tamamilə tamamilə absurd, saxta olmaqla yanaşı, ölkəmizə qarşı açıq qərəz öz əksini tapıb. Bu həm də ölkəmizə qarşı növbəti ikili standartların növbəti nümunəsidir”.

Bunu  açıqlamasında deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, bu, bir daha onun göstərir ki, Avropa Parlamenti artıq erməni lobbisi, Ermənistanın havadarları və anti-Azərbaycan qüvvələrin əlində Azərbaycana qarşı qarayaxma və təzyiq alətinə çevrilib.

“Bu isə o deməkdir ki, Avropa Parlamenti bəyan etdiyi bəşəri dəyərlərdən çox uzaq kimlərinsə sifarişini icra edən sanki bir cəza orqanıdır. Həmin güclər Avropa Parlamentindən öz siyasi məqsədləri üçün bir alət kimi istifadə edirlər. Amma unudurlar ki, Azərbaycana qarşı qəbul edilən “sənədlər” zibil qutusuna atılacaq kağız parçasından başqa bir şey deyil. Bu cür metodlarla Azərbaycana təzyiq etmək özü absurd düşüncədir”.

O əlavə edib ki, əslində bundan itirən tərəf daha çox erməni lobbisinin ruporuna çevrilən Avropa strukturlarıdır: “Erməni lobbisinin əlidə korrupsiyalanmış bir qurumlara çevrilən Avropa təşkilatları   erməni saxtakarlığına və riyakarlığına o qədər aludə olublar ki, öz nüfuzlarına vurduqları ciddi xələldən xəbərləri yoxdur. Məhz bunun nəticəsidir ki, həmin təşkilatlar nüfuzlarını itirdiyindən bu gün beynəlxalq münasibətlər sistemində yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasına heç bir təsir göstərə bilmirlər. Əksinə yürütdükləri ikili siyasət nəticəsində olan-qalan nüfuzlarını da itirir, təşkilatın rolunu tamamilə heçə endirirlər.

Avropa Parlamentinin martın 13-də qəbul etdiyi məlum dırnaqarası sənəd bir daha onu deməyə əsas verir ki, Qərb Cənubi Qafqazda sülhdə deyil, əksinə gərginliyin davam etməsində maraqlıdır. Onlar Ermənistanı geosiyasi maraqlarının savaş məkanına çevirmək istəyirlər. Bu da ilk növbədə Ermənistanın xeyrinə deyil və bundan itirən tərəf hər zaman olduğu kimi Ermənistan və onların havadarları olacaq.  Çünki Ermənistanın havadarlarının bu cür pərdələnmiş metodlarla təzyiqi mümkün olmayacaq. Əgər onlar doğrudan da bölgədə sülhün yaranmasında və Ermənistanda əmin-amanlığın bərqərar olmasında, inkişafında maraqlıdırlarsa, o zaman İrəvanı Bakının şərtləri daxilində sülhə təşviq etsinlər. Bakının şərtlərindən kənar hər hansı şərtlər bölgədə dayanıqlı sülhə deyil, yeni gərginliyin yaranmasına xidmət edir.
Cənab Prezident İlham Əliyev bu gün “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bəyan etdi ki, Azərbaycan sülhə sadiqdir. Qarabağ məsələsi artıq bitdiyindən sülhə çox yaxınıq və sülhə nail olmaq olar. Azərbaycan sülh istəyir.  Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyindən Cənubi Qafqazda ədavətə son qoymaq vaxtı çatıb. Artıq yeni bir mərhələ başlayıb. Bu mərhələ dayanıqlı sülh, əmin-amanlıq, sabitlik, inkişaf və sıx əməkdaşlıq mərhələsidir. Ermənistan da bu reallığı nə qədər tez dəyərləndirsə, o qədər yaxşı olar və bundan faydalanar”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00