Ana səhifə XəbərlərSiyasət Bakı Çin üçün strateji nəqliyyat qovşağıdır – Urumçidən AÇIQLAMA

Bakı Çin üçün strateji nəqliyyat qovşağıdır – Urumçidən AÇIQLAMA

admin

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında (ÇXR) dövlət səfərindədir. Aprelin 23-də iki ölkənin lideri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Eyni zamanda, dövlət liderləri iki ölkə arasında münasibətlərin strateji xarakter alması barədə bəyanatlar səsləndiriblər.

ÇXR Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib ki, ölkələrimiz hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə, bir sıra əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir. “İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək”, – deyə o vurğulayıb.

Şübhəsiz ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütün Avrasiya üçün xüsusi əhəmiyyət kəsb edir.

Səfərlə bağlı  açıqlamasında Çin İqtisadi Tvinninq Mərkəzinin (TUCEM) Direktorlar Şurasının sədri Adnan Akfırat bildirib ki, Azərbaycan-Çin əlaqələrinin inkişafı hər iki ölkə üçün son dərəcə faydalı və gəlirli olacaq:

“Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Asiya ilə Avropanı birləşdirən əsas ölkələrdən biri Azərbaycandır. Xüsusilə də hazırda Çinin Avropaya məhsul göndərməsi və oradan məhsul alması zamanı dəniz yoluna alternativ ola biləcək əsas dəmir yolu marşrutu Bakıdan keçir. Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti Asiyanı Avropaya daha da yaxınlaşdırıb. Lakin bu xəttin işləməsi zamanı Gürcüstanla bağlı müəyyən problemlər yaşanırdı, bu da Xəzər dənizi üzərindən keçidlərdə ciddi gecikmələrə səbəb olurdu. Azərbaycanın Çinlə yaxın əlaqələr qurması nəticəsində Xəzər keçidlərindən istifadə ilə bağlı niyyət protokolu imzalanıb. Bu isə Bakının beynəlxalq əhəmiyyətini daha da artıracaq. Azərbaycan məhsullarını, xüsusilə meyvə, qurudulmuş meyvə və nefti Çinə daha rahat şəkildə ixrac edə bilər. Onsuz da bu sahədə müəyyən ticarət əlaqələri mövcuddur, amma bu əməkdaşlıq daha əlverişli şəraitdə davam etdirilə bilər.

Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür. Bu səbəbdən Çinlə əməkdaşlığın inkişafı Azərbaycanın təşkilata tam üzv olması prosesini də asanlaşdıra bilər. Şəxsən mən cənab İlham Əliyevin Çin səfəri barədə eşidəndə çox həyəcanlandım və sevindim. İnanıram ki, iki ölkənin “tək millət, iki dövlət” ruhunda münasibətləri dərinləşdirməsi Qərbdən irəli sürülən məhdudiyyətlərin də aradan qalxmasına töhfə verəcək. Hazırda Türkiyə də Çinlə daha sıx əlaqələr qurmaq istiqamətində ciddi səylər göstərir.”

Adnan Akfırat əlavə edib ki, Sincan-Uyğur Muxtar Respublikası Çinin türk dünyasına açılan ən yaxın qapısıdır:

“Artıq iki ildir ki, Urumçidə yaşayıram və burada Türkiyə-Çin ticarət inkişaf mərkəzi qurmuşam. Düşünürəm ki, Azərbaycan şirkətlərinin məhsullarına da burada böyük tələbat olacaq. Çünki Sincan-Uyğur Muxtar Respublikasında 26 milyon əhali yaşayır, onların yarısı türk və müsəlmandır. Bu insanlar halal və türk mənşəli məhsullara xüsusi maraq göstərirlər. Azərbaycan türkcəsi ilə Uyğur türkcəsi bir-birinə çox yaxındır, üstəlik coğrafi məsafə də qısadır. Həftədə bir neçə dəfə Bakıdan Urumçiyə birbaşa aviareyslər həyata keçirilir, yəni nəqliyyat baxımından da əlverişlidir. Azərbaycanlı qardaşlarımız Urumçiyə getdikdə başqa dilə ehtiyac duymadan asanlıqla ticarət qura bilərlər. Orada tələbat olan məhsullar var və bu da Azərbaycanın ixracını artırmaq baxımından önəmlidir. Eyni zamanda, Çindən Azərbaycana sənaye müəssisələrinin qurulması məsələsində də uyğurların körpü rolu oynaya biləcəyini düşünürəm.”

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00