447
Çili sahillərində 7,5 bal gücündə zəlzələ baş verib.
Çilinin Fəlakətlərin İdarə Olunması Xidməti zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar ölkənin cənubundakı Maqallan bölgəsində evakuasiya əmri verib.
“Fəlakətlərin İdarə Olunması Xidməti sunami təhlükəsi ilə əlaqədar insanlardan Maqallan bölgəsindəki sahil zonasını tərk etmələrini xahiş edir”, – agentliyin açıqlamasında deyilir.
Çili Seysmoloji Xidmətinin məlumatına görə, 7,5 bal gücündə zəlzələ Puerto Uilyams şəhərindən 218 km aralıda baş verib.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.