Ana səhifə XəbərlərHadisə Azərbaycanda bu nazirin yaxın dostu məhkəmə qarşısına çıxarılır – FOTO

Azərbaycanda bu nazirin yaxın dostu məhkəmə qarşısına çıxarılır – FOTO

admin2

İran əsilli tanınmış iş adamı Əhədpur Xangah Mənuçehr Əli Azərbaycanda məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, “Aztexnika LTD” MMC iş adamı barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş icraata götürülüb və hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Aztexnika LTD” MMC ağır sənaye avadanlıqlarının idxalçısı və distribyütorudur. Şirkət dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirib.

Əhədpur isə ölkəmizdə geniş biznes şəbəkəsinə malik olan iş adamıdır. Mətbuatda dərc olunan informasiyalara əsasən, onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın dost olduğu bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda Əhədpurlara məxsus 14 şirkətin ləğv olunduğu barədə məlumatlar yayılıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00