533
Tehran ABŞ-İran nüvə danışıqları ilə bağlı Ağ Evin təkliflərinə cavab hazırlayır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazir deyib ki, İran Oman vasitəsilə ABŞ-nin müzakirəçiləri tərəfindən çatdırılan nüvə nizamlanması təklifinə cavab hazırlayır.
Tehran Ağ Evə cavabında İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vaşinqtondan zəmanət istəyəcək.
İran XİN-nin sözçüsü Esmail Bakayi isə məsələ ilə bağlı açıqlamasında deyib: “Biz sanksiyaların faktiki olaraq ləğv ediləcəyinə dair təminat almaq istəyirik”.
Xatırladaq ki, İran və ABŞ aprelin 12-dən Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün beş raund danışıqlar baş tutub.