Ana səhifə XəbərlərDünya BƏƏ və Türkiyə arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb

BƏƏ və Türkiyə arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb

redaktor

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı iki ölkə arasında ümumi dəyəri 50,7 milyard dollar olan 13 sənəd imzalanıb.

Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, imzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Həmçinin tərəflər Türkiyə və BƏƏ prezidentlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Şuranın yaradılması barədə razılığa gəliblər. Bununla Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00