472
İsrailin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi öldürülüb.
Bu barədə xarici mənbələrə istinadən xəbər verir.
Abbasi İranın nüvə proqramında əsas fiqurlardan biri kimi tanınırdı və bir müddət ölkənin nüvə fəaliyyətlərinə rəhbərlik etmişdi. Onun qətlə yetirilməsi bölgədə artan gərginliyin və İranın strateji elm adamlarına qarşı yönəlmiş hədəfli hücumların davamı kimi qiymətləndirilir.
İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməsə də, yerli mənbələr onun öldürülməsini təsdiqləyir.