571
İsrail ordusu İranın hücuma məruz qalan ərazilərini əks etdirən video yayımlayıb
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox döyüş təyyarəsi dəqiq kəşfiyyat məlumatları əsasında İran ərazisində 100-dən çox hədəfə, o cümlədən İslam Respublikasının yüksək səviyyəli komandirlərinin sığınacaqlarına zərbələr endirib.
Qeyd edək ki, hava hücumları nəticəsində ölkənin ən yüksək səviyyəli üç komandiri öldürülüb:
▪️ İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri;
▪️ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali Baş Komandanı Hossein Salami;
▪️ “Hatəm əl-Ənbiya”nın (Fövqəladə Hallar Komandanlığı) komandiri Əli Rəşid.