Ana səhifə XəbərlərDünya Ankara-Dəməşq dialoqu: Suriya və Yaxın Şərqin yeganə xilaskarı Türkiyə 

Ankara-Dəməşq dialoqu: Suriya və Yaxın Şərqin yeganə xilaskarı Türkiyə 

admin

Türkiyə ilə Suriya arasında birbaşa dialoqun başlanması istiqamətində gedən müzakirələr günümüzün ən aktual  məsələlərindən biridir. Ankara Dəməşq arasındakı münasibətlərin normallaşması istiqamətində atılan addımlar təkcə Türkiyə-Suriya əlaqələri baxımıdna deyil, bu eyni zamanda Yaxın Şərq və Türk coğrafiyası baxımdan mühüm əhəmiyyət kəsb edən məsələdir.

Son zamanlarda istər beynəlxalq münasibətlərə sistemində, istərsə geosiyasi və geoqitisadi mübarizələr bir neçə il əvvəlkindən fərqli istiqamətdə inkişaf etməkdədir. Bu da hər bir ölkəyə, o cümlədən Türkiyəyə də öz xarici strateji siyasətinə yenidən baxıb vəziyyəti dəyərləndirib ona uyğun addımlar atmağı vadar edir.

Son zamanlarda, daha doğrusu son bir ildə Yaxın Şərq coğrafiyasında, xüsusən İsrail-Qəzza  və Suriyada, Livanda baş verən proseslər də Ankaranı  vəziyyətə uyğun addımlar atmağı zəruri edir. Ankaranın Dəməşqlə Suriya probleminin həlli istiqamətində atdığı diplomatik cəhdlər də məhz bundan irəli gəlir. Suriya münaqişəsi  ilk günündən Türkiyə üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımdan ciddi təhdid yaradan məsələdir. Münaqişənin uzanması isə yeni-yeni təhdid mənbələri yaradır. Çünki dünya gücləri Suriyadakı münaqişədən Türkiyəyə qarşı təkcə təzyiq vasitəsi kimi istifadə etmirlər, eyni zamanda gələcək perspektivdə Türkiyə dövlətçiliyinə və suverenliyinə qarşı  öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə çalışırlar.  Planları da ortadadır.

Dünyanın yenidən şəkillənməsində Türkiyənin  beynəlxalq münasibətlər sistemində rolunun  getdikcə artmasından  və gücə çevrilməsindən narahat  olan güclər artıq bu məkrli planlarının reallaşdırmaq istiqamətində ilkin addımlar atmağa belə  başlayıblar. Həmin güclər Suriyanı federallaşdırılmaqla ərazisində terrorçu PKK/YPG adı altında oyuncaq bir  dövlət yaratmağa cəhd edirlər. Qərb, İran, İsrail, Rusiya və digərləri bu məkrli oyunun içindədir.   Bu planın reallaşması  gələcəkdə Türkiyə dövlətçiliyinə hansı təhdidlər yaradacağı bəllidir. Ona görə də  Ankara bunu görür və gözlənilən təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı addımlar atmaqdadır. Lakin Ankaranın təkcə Suriyada deyil,  bütövlükdə Yaxın Şərqdə   sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdşalığa xidmət edəcək niyyəti ilk növbədə başda ABŞ olmaqla digər qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də dialoqun baş tutuması üçün ən müxtəlif vasitələrə əl atırlar. Hətta ABŞ rəsmi şəkildə Ankara ilə Dəməşq arasındakı danışıqlara qarşı sərt çıxdığını bəyan edib. Təbii ki, İsrail, İran və digər Avropa  ölkələri də bundan ciddi narahatdırlar.  Onların mövqeyi bəllidir. Çünki Ankara ilə Dəməşq anlaşarsa, o zaman onların bölgədəki məkrli oyunları iflasa uğrayacaq.

Təəssüf doğurucu məqam Türkiyə daxilindəki bəzi qüvvələrin də  iki ölkə arasındakı normallaşma prosesinə qarşı çıxmasıdır.  Həmin qüvvələr  necə ki, Suriya münaqişəsinin ilk günündə  Ankaranın sərhədində baş verən təhdidlərin qarşısı alınması istiqamətində addımlarına qarşı çıxırdılarsa, indi də   eyni qayda ilə gözləniləcək təhdidlərin qarşısını alınması istiqamətində atılan normallaşma prosesinə qarşı çıxırlar. Türkiyə daxilindəki qüvvələrin əsas  iki hədəfi var.  Birincisi, öz maraqları üçün dvident əldə etmək, ikincisi isə bu prosesdə maraqlı olmayan xarici güclərin əlinə oynayıb  Ankaraya bacardıqca  daxildən mane olmaqdır.

Amma bütün bu  çətinliklərə baxmayaraq Ankara ilə Dəməşq normallaşma istiqamətində səylərini davam etdirməlidir. Ankaranın münaqişə ilə bağlı mövqeyi onsuz da Suriyanın milli maraqlarına  tamamilə uyğundur. Türkiyə  ilk gündən mvqeyi problemin Suriyanın ərazi bütövlüyü çərçivəsində  həllini tapmasıdır və fəaliyyətini də bu istiqamətdə qurub. Ankara istər  Suriya ilə bağlı Cenevrə danışıqları zamanı, istərsə də “Astana prosesi”ndə  aydın şəkildə ortaya qoyaraq   problemin həllinə nail olamağa çalışıb. Həmin mövqe bu gün də ortadadır. Ankaranın Dəməşqə normallaşma ilə bağlı irəli sürdüyü təkliflər Əsəd rejiminin də faydasınadır. Ankaranın əsas tələbi Suriyanın ərazi bütövlüyü çərçivəsində unitar dövlətçiliyini qoryub saxlaması,  PKK/YPG terror təşkilatının məhv edilməsi, qaçqınların geri qayıtması və onların təhlükəsizliyinə təminat verilməsidir.  Bu istiqamətdə ilkin razılıq olarsa. növbəti addım kimi  Suriya daxilində milli barışığın təmin edilməsi, yeni konstitusiyanın hazırlanması və digər məsələlər müzakirə edilə bilər.

Əgər Əsəd rejimi Ankaranın normallaşma ilə bağlı təkliflərini qəbul etməzsə, o zaman Suriya siyasi coğrafiyadan bir dövlət kimi yox olması təhlükəsi ilə üzləşəcək. Onsuz da Suriya bu gün faktiki parçalanmış bir vəziyyətdədir və Əsəd rejimi də  yaranmış duruma təsir etmək gücündən uzaqdır. Əsəd rejiminin əsas dəstəkverici ölkələri  hesab edilən Rusiya və İran da  hazırkı durumda ona yardım etmək  iqtidarında deyil.  Suriyanın və Əsəd rejiminin hazırki vəziyyətdən uduşla çıxmasının yeganə  xilaskarı Ankaradır. Əgər Əsəd rejimi siyasi iradə nümayiş etdirib  Ankara ilə danışıqlara başlayarsa, özü ilə yanaşı, Suriyanı, həm Yaxın Şərqin  parçalanması, yenidən şəkilləndirilməsi  istiqamətində  planlaşdırılan oyunlar  iflasa uğramış olacaq. Nəticədə bu, bütövlükdə  Yaxın Şərqin, Şimali Afrikanın və digər bölgələrin faydasına olacaq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00