458
“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistan və Azərbaycan arasında münaqişənin gərginləşməsini istisna etsə də, ölkələr arasında sülhün əldə olunmasında çətinliklərin olduğunu qeyd edib.
“Fitch”in hazırladığı hesabatda deyilir:
“Azərbaycan qoşunlarının Ermənistan ərazisində qalmasına və vaxtaşırı atışmaların olmasına baxmayaraq, bizim ssenarimizə əsasən münaqişənin eskalasiyası nəzərdə tutulmur”.
“Fitch”in təhlilində o da qeyd olunub ki, Bakının Ermənistan ərazisindən dəhlizin açılması tələbi və Ermənistan konstitusiyasındakı dəyişiklik məsələsində razılaşmanın əldə edilməməsi sülhün əldə edilməsində çətinliklər yaradır.