Yusuf Dikeç 1 saata dünyanın mərkəzinə oturdu. Elə-belə yox, rəsmən oturdu. O dərəcədə oturdu ki, İlon Mask belə reaksiya verdi. Olimpiya çempionluğunun 1 saat danışıldığı mühitdə dünya Yusuf Dikeç fenomeni ilə çalxalanır.
Bu sözləri həkim-ekspert Müşfiq Hüseynov bildirib.
Avtomatik və psixoloji olaraq bütün pazl çözüldü: Qadınlar necə kişiləri bəyənir və sevir və ya sevirmiş? sualı cavabını tapdı.
Uzun illər dünyaya sırılan qaşları alınmış, dırnaqları pedikürlü, əzələ kütləsindən ibarət, bədəni lazerlənmiş metroseksual kişi erası dünən rəsmən bitdi”.
Həkim qeyd edib ki, bütün kişi kimi kişilərin gözü aydın, yeni dəb başladı.
“Natural bədənli, özündən əmin, tək əzələ kütləsindən deyil, həm də cəsarət, iradə, təmkin və ağıldan ibarət bir kişi obrazı. Dünyanın mənfi və ədalətsiz gedişatına tüpürəcək qədər rahat, əli cibində.
Yusuf komandirim olimpiada kimi idman bayramının açılışını geyparada çevirən, qadın boksçuya qarşı trans çıxardıb onu rəsmən döydürən siyasətə “f..c you all” mesajını göndərdi. Bizim dildə sizin olimpiadanıza da, özünüzə də…”
M.Hüseynovun fikrincə, “qadınlar kimlərdən xoşlanır?” sualının cavabı artıq bəllidir: “İmkan, maşın, iş-güc, sosial mövqe ancaq bunlardan sonra gəlir”.
Həkim növbədə qadınları normala qaytaracaq dəbin ortaya çıxmasıdır.
“Bir gün biri çıxıb gənc xanımlara kişilər silikon dodaq, süni sinə, yekə arxa, tatu qaş, taxma kirpik, uzun dırnaq və yamaq saçlardan yox, ağıllı və qadın kimi qadınlardan xoşlanır fikrini aşılasa hər şey normala dönəcək. Çünki hər şey, sərvət, cehiz, pul-para bundan sonra gəlir”, – o vurğulayıb.
Adəm