279
Ermənistan, İran və Hindistan ticarət marşrutu açacaq və bunun üçün ölkələrin nümayəndələrinin üçtərəfli görüşü planlaşdırılır.
Məlumatı “Sputnik Armenia” logistika şirkətlərindəki öz mənbələrindən öyrənib.
Ermənistanın İranda Çabahar limanının işində iştirakı, eləcə də marşrutun tezliklə işə salınması məsələlərinin müzakirə olunacağı danışıqlar aparılacaq.
Bundan əvvəl Ermənistanın Energetika Nazirliyi məlumat vermişdi ki, Ermənistanın layihədə operator kimi iştirak formatı məlum deyil.