463
Bakıda evdən oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20.000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:
“Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb”.
Faktla bağlı araşdırma aparılır.