Ana səhifə XəbərlərDünya Polşa və ABŞ “Apache”lərə görə müqavilə imzaladı

Polşa və ABŞ “Apache”lərə görə müqavilə imzaladı

admin

Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb.

Bu barədə məlumat Polşa Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamısh Polşa ordusu üçün 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb. ABŞ hökuməti ilə müqaviləyə həmçinin logistika və təlim xidmətləri paketinin göstərilməsi, döyüş sursatı və ehtiyat hissələrinin tədarükü daxildir”, – məlumatda deyilir.

Polşa tərəfi adından müqaviləni imzalayan Kosinyak-Kamış Varşavanın bu helikopterləri 2028-ci ildə almağa başlayacağını bildirib. Müqavilənin dəyəri 10 milyard ABŞ dolları olacaq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00