890
İranın Mazandaran əyalətində hicab qaydalarına görə repressiv polis qüvvələri tərəfindən güllələnən gənc qadın Arzu Bədrinin xəstəxanadan görüntüləri yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verilir.
Görüntülər onun ağır vəziyyətdə olduğunu göstərir.
Məlumata görə, təhlükəsizlik qüvvələri Arzu Bədriyə təzyiq göstərərək ondan məcburi etiraf almağa çalışıblar.
Xatırladaq ki, 30 yaşlı Arzu Bədri ötən ay Mazandaran əyalətinin Nur şəhərində avtomobilində olarkən güllələnib.