Ana səhifə XəbərlərGüney İran gərginliyin azalmasını istəyir – Əraqçi 

İran gərginliyin azalmasını istəyir – Əraqçi 

admin

İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir, lakin qarşı tərəfin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözləyir.

Bu barədə İranın yeni xarici işlər naziri Abbas Əraqçi “Kyodo” agentliyinə müsahibəsində bildirib.

“Parlamentdəki çıxışımda vurğuladım ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”, – o deyib.

Bu, İranın yeni XİN başçısının avqustun 21-də ölkə parlamentinin təsdiqi ilə bu vəzifəyə rəsmi təyin olunmasından sonra xarici mətbuata ilk müsahibəsidir.

Diplomat qeyd edib ki, onun rəhbərliyi altında İran XİN Vaşinqtonla gərginliyi azaltmağa və Avropa ilə əlaqələri bərpa etməyə çalışacaq, onların qarşılıqlı fəaliyyətdə “düşmən mövqe” tutmayacaqları halda isə nüvə sazişini bərpa etməyə və sanksiyaları ləğv etməyə çalışacaqlar.

Qeyd edək ki, A.Əraqçinin ilk olaraq Yaponiya agentliyinə müsahibə verməsi təsadüfi deyil. O, 2008-2011-ci illərdə İranın Yaponiyadakı səfiri vəzifəsində çalışıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00