43
Azərbaycan Mərkəzi Bankı (AMB) beş bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
Cərimə edilən təşkilatlar arasında “Caspian Finance BOKT” MMC, “Finca Azerbaijan”, “FinEx Kredit”, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC yer alır.
Bildirilir ki, bu təşkilatlarda “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələbləri pozulub.
İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, “Caspian Finance BOKT” MMC, “Finca Azerbaijan” və “FinEx Kredit”in hər birində bir vəzifəli şəxs 1 500 manat, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC-nin bir vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.