Xəbər verdiyimiz kimi, “Naxçıvan” Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib.
Universitet tələbələrinin aqibəti ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Naxçıvan Universitetinin tələbələrinin köçürülməsi prosesi 2024-cü ilin fevral ayından etibarən başlanıb:
“Artıq bütün tələbələrin köçürülməsi yekunlaşıb. Universitetdə təhsil alanların əksəriyyəti Naxçıvan Dövlət Universitetinə, digərləri isə başqa ali təhsilm müəssisələrinə köçürülüblər. Prosesin bu vaxta qədər davam etməsinin səbəbi isə sonuncu kurs tələbələri ilə bağlıdır. Belə ki, müəssisənin bağlanması üçün onlar təhsillərini başa vurmalı idilər”.
Qurum rəsmisi sonda qeyd edib ki, Naxçıvan Universiteti özəl ali təhsil müəssisəsi olsa da, tələbələri dövlət ali təhsil müəssisələrinə köçürülüblər.