Ana səhifə XəbərlərHadisə Bakıda ambulans piyadanı vurub öldürdü

Bakıda ambulans piyadanı vurub öldürdü

admin

Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.

Hadisə avqustun 29-u saat 12:30-da baş verib.

Təcili tibbi yardım stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus IVECO markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Şahverdi Ağaverdi oğlu Məlikovu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00