304
İsveçdə doğum səviyyəsinin aşağı olması yaxın üç ildə minə yaxın uşaq bağçasının bağlanmasına səbəb ola bilər ki, bu da onların ümumi sayının onda biridir. Musavat.com xəbər verir ki, bu proqnozu “İsveç İcmaları və Regionları” regional assosiasiyası (SKR) verib.
SKR-nin baş iqtisadçısı Annika Vallenskog SVT-yə deyib: “Bu o deməkdir ki, beş-altı ildən sonra bizim həm də daha az məktəbə ehtiyacımız olacaq”.