Ana səhifə XəbərlərHadisə “Bıçağı ürəyindən vurub qaçdı” – “Bakıxanov” çörək zavodundakı QƏTLİN TƏFƏRRÜATI

“Bıçağı ürəyindən vurub qaçdı” – “Bakıxanov” çörək zavodundakı QƏTLİN TƏFƏRRÜATI

admin

“Bakıxanov” çörək zavodunda söyüş üstündə iş yoldaşı Etibar Salamzadənin qətlə yetirən Elşən Məmmədovun məhkəmə prosesi davam edib.

Elşən Şahverən oğlu Məmmədovun cinayət işində zərərçəkmişin hüquqi varisi Tahir Salamzadənin qardaşı prosessual şəxs kimi tanınmaq üçün məhkəməyə elektron formada məktub ünvanlayıb. Hakim Cavid Hüseynov isə ümumiyyətlə onun məhkəməyə göndərdiyi məktubun qanunsuz olduğunu proses iştirakçılarının nəzərinə çatdırıb. Sonra hüquqi varis Tahir Salamzadə çıxış edərək təqsirləndirilən şəxsin çıxışı zamanı olan fikrə münasibət bildirib və həmin fikirlərin yalan olduğunu qeyd edib və oğlu barədə danışıb:

“Mənim oğlum gecə növbəsinə işə getmişdi. Bir az keçmiş mənə zəng gəldi ki, oğlun bıçaqlanıb xəstəxanaya aparılıb. Gedib çatanda artıq oğlum keçinmişdi. Mən zavodun kamera görüntülərinə baxdım, orada oğlum yerə yıxılanda bıçağı ürəyindən vurub qaçır. 4 azyaşlı uşağı yetim qoydu. Cinayəti də içkili vəziyyətdə törədib. Elşən deyib ki, mən heç atamı saymıram, o ki qaldı başqaları. Mən sizdən Elşənə ən ağır cəzanın verilməsini xahiş edirəm. Oğlum dəfn olunandan sonra Elşənin adamları mənə zəng vurdular ki, gələk başsağlığı verək. Mən razı olmadım, amma həyat yoldaşı və 2-3 qadın gəldilər. Mən dedilər ki, oğlun ölüb də, bu işi həll eləmək lazımdır. Mən isə dedim bir də zəng etsəniz, sizi prokurorluğa şikayət edəcəyəm”.

Məhkəmənin sonrakı gedişində şahid Əliyar Həsənov ifadə verib:

“Mən çörək zavodunda gözətçi işləyirəm. Elşən gecə gəldi oturdu bir az söhbət elədi. Orada çilingər otağı var, onun açarını istədi, mən də verdim. Aradan bir az keçməmiş rəhmətlik Etibar Salamzadə böyrünü tutub üstümə gəldi ki, məni vurdular. Mən dərhal polisə və təcili yardıma zəng elədim. Ancaq gec olduğundan işçilərimizdən birinin maşını ilə göndərdim xəstəxanaya. Sonra Elşən yoldaşı ilə gəldi. Yoldaşına dedim ki, get xəstəxanaya. Elşən isə hadisəni belə izah etdi ki, dünyasını dəyişən Etibar Elşənin inancını aşağılayıb. Ona görə də onu vurub. Hadisədə istifadə edilən bıçaq da sınmış vəziyyətdə yerdə idi. Polis gəldi, mən Elşəni və bıçağı onlara təhvil verdim”.

Qeyd edək ki, məhkəmə prosesi 20 sentyabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, bu il aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 34 yaşlı Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla 39 yaşlı Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00