146
Sosial şəbəkələrdə “Xaliq Faiqoğlu” şirkətinin sürücüsü ilə sərnişin arasında mübahisə yaşanması barədə görüntülər yayılıb.
Məsələ ilə bağlı şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 10.09.2024-ci il tarixdə 199 saylı müntəzəm marşrut xəttində xidmət gödtərən 99 JL 464 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobus yollardakı mövcud vəziyyətlə bağlı gecikmə ilə hərəkət edib.
Qeyd edirik ki, xoşagəlməz hal zamanı sürücü təhlükəsizlik kəmərini açmayıb və sükan arxasında olub. Buna baxmayaraq tərəfimizdən sürücüyə xəbərdarlıq edilib və sərnişinlərlə nəzakətli davranması barədə təlimatlandırılıb” , – şirkətdən bildirilib.