Ana səhifə XəbərlərMədəniyyət Şuşa Teatrı yeni mövsümün açılışına hazırlaşır

Şuşa Teatrı yeni mövsümün açılışına hazırlaşır

admin

Sentyabrın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə açacaq.

Teatrdan  bildirilib ki, səhnə əsərində Fikrət Əmirovun əsərlərindən, xalq musiqilərindən və Əməkdar mədəniyyət işçisi, tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.

Səhnə əsərində rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov və digər aktyorlar ifa edirlər.

Pyes 1896–cı ildə qələmə alınmasına baxmayaraq, bu gün də öz aktuallığını itirməyib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00