102
Sosial şəbəkələrdə vətəndaşlar bəzi ərazilərdə velosiped zolaqlarının peşəkar formada salınmamasından şikayət edir. Bu formada salınan zolaqların həm avtomobil sürücüləri, həm də velosipedçilər üçün çətinlik yaratdığını bildirirlər.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, sözügedən ərazidə mikromobillik zolağının təşkili istiqamətində işlər tam yekunlaşmayıb:
“Ərazidə tikinti işləri yekunlaşandan sonra mövcud problem kimi görünən məsələlər də həllini tapacaq”.