284
Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Bakı metrosunda sərnişin axını xeyli artıb.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Xüsusilə səhər saatlarında metro stansiyalarında və qatarlarında ciddi sıxlıq müşahidə olunur. Şagirdlər, tələbələr və işə gedən vətəndaşların eyni zamanda metrodan istifadə etməsi gərgin vəziyyət yaradıb.
Metronun “28 May” stansiyasında yaranmış sıxlığın görüntülərini təqdim edirik: