658
Vətəndaşın polis bölməsində hüquqazidd hərəkətlərinə dair görüntülər yayılıb.
DİN-in mətbuat xidmətindən yayılan görüntülərlə bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 24-də saat 04:50 radələrində paytaxtın Nizami rayon ərazisində restoranlardan birinin qarşısında naməlum şəxsin sərxoş vəziyyətdə avtomobilləri qəsdən zədələməsi və xuliqanlıq hərəkətləri etməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib.
Fakta görə İ.İsmayıllı barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və əmlakı qəsdən məhv etmə və ya zədələmə madələri ilə cinayət işi başlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.