Ana səhifə XəbərlərGüney İran XİN rəhbərindən SENSASİON AÇIQLAMA: Nüvə silahı hazırlana bilər

İran XİN rəhbərindən SENSASİON AÇIQLAMA: Nüvə silahı hazırlana bilər

admin

İranın xarici işlər naziri Abbas Ərakçi BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edərsə, ölkənin nüvə silahı hazırlamağa başlaya biləcəyini açıqlayıb.

O, bu bəyanatını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən mətbuat konfransında verib.

Ərakçi ilk dəfə bu cür ciddi bir açıqlama verdiyini vurğulayaraq, İrana qarşı sanksiyaların təzələnməsi halında Tehranın öz hərbi məqsədlərinə uyğun addımlar ata biləcəyini bildirib.

İranın nüvə proqramı ilə bağlı mübahisələr uzun illərdir ki, beynəlxalq arenada geniş müzakirə olunur. BMT Təhlükəsizlik Şurası, 2006, 2007, 2008, 2010 və 2015-ci illərdə İrana qarşı müxtəlif qətnamələr qəbul edib. Bu qətnamələr İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq məqsədini güdürdü. Lakin son dövrlərdə bu məsələnin yenidən gündəmə gəlməsi, beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00