Ana səhifə XəbərlərCəmiyyət 2024-cü ildə vəfat edən tanınmışlar – SİYAHI

2024-cü ildə vəfat edən tanınmışlar – SİYAHI

admin

Hər il olduğu kimi, 2024-cü ildə bir sıra mədəniyyət və incəsənət xadimləri, vəzifəli şəxslər və s. itkiləri ilə yaddaşlarda qaldı.

Bu ilin 11 ayı ərzində dünyasını dəyişən tanınmış şəxslərin siyahısını təqdim edir:

İlk olaraq bu il yanvarın 5-də  Əməkdar artisti, məşhur qarmon ustası Gülbahar Şükürlü 61 yaşında onkoloji xəstəlik səbəbindən dünyadan köçdü.

Ondan bir gün sonra isə yanvarın 6-da xərçəng xəstəsi olan 48 yaşlı Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişdi.

Xalq yazıçısı Mövlud Süleymanlı fevralın 21-də 81 yaşında gözlərini əbədi yumdu.

Bu ilin 17 aprelində sabiq millət vəkili Hadi Rəcəbli 76 yaşında vəfat etdi.

Aprelin 20-də isə Əməkdar artist Cavanşir Məmmədov 70 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdi.

5 gün sonra isə sabiq İnsan hüquqları üzrə sabiq müvəkkil (Ombudsman) Elmira Süleymanova 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova sentyabrın 14-də 102 yaşında ölüb.

Xəstəlikdən əziyyət çəkən “Bakı Metropoliteni” QSC-nin 16 il rəisi olmuş (1998-2014) Tağı Əhmədov isə oktyabrın 18-də həyatını itirib.

Bu il vəfat edənlərdən biri də Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu oldu. Parlament seçkilərində namizəd olan professor avqustun 25-də seçiciləri ilə görüşdən qayıdarkən qəzaya düşərək ölüb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00