Ana səhifə XəbərlərHadisə Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər YARALANDI

Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər YARALANDI

admin

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00