Ana səhifə XəbərlərMünaqişə Moskvada Əsədi zəhərlədilər – KİV

Moskvada Əsədi zəhərlədilər – KİV

admin

Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib.

Bu barədə Britaniyanın “Sun” nəşri məlumat yayıb.

İddia olunur ki, Əsədi zəhərləyərək öldürmək istəyiblər:

“Əsəd şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıb. Dərhal həkimə müraciət edilib”.

Məsələyə münasibət bildirən hərbi mənbə sui-qəsd cəhdinin edildiyini düşünmək üçün bütün əsasların olduğunu deyib.

Əsədin evində müalicə olunduğu və vəziyyətinin bazar ertəsi stabilləşdiyi vurğulanıb.

Bildirilib ki, analizlər bədənində zəhər olduğunu göstərib.

Qeyd edək ki, Britaniya nəşri xəbərlə bağlı heç bir rəsmi mənbəyə istinad etməsə də, Rusiyadan bu iddiaya heç bir reaksiya verilməyib.(axar.az)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00