Ana səhifə XəbərlərSiyasət XİN-dən Paşinyana CAVAB

XİN-dən Paşinyana CAVAB

admin

“Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.

Onun sözlərinə görə, Ermənistanın “sülhsevər narrativi” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu – dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:

“Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın”.

N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş “Qərbi Ermənistan” və “Qarabağ Respublikası” adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:

“Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00