Ana səhifə XəbərlərHadisə Ağdaşda ƏMƏLİYYAT- doqquz nəfər saxlanılıb

Ağdaşda ƏMƏLİYYAT- doqquz nəfər saxlanılıb

admin

Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı Ağdaş rayon sakinləri olan doqquz nəfər – Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan üç kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00