Ana səhifə XəbərlərMünaqişə Almaniya məscidlərində bomba xəbərdarlığı

Almaniya məscidlərində bomba xəbərdarlığı

admin

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində naməlum şəxs Dəyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Mərkəzi məscidinin elektron ünvanına məktub göndərərək oraya bomba yerləşdirdiyini və günorta saatlarında partladacağını iddia edib.

İddia ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub, məscid boşaldılıb və axtarış aparılıb. Əməliyyat nəticəsində məsciddə hər hansı partlayıcı maddə aşkarlanmayıb və məscid yenə ibadət üçün açılıb.

Eyni məzmunlu xəbərdarlıqlar Essen və Köln şəhərlərindəki DİTİB Mərkəzi məscidlərinə də göndərilib. Həmin məscidlərdə də polis tərəfindən axtarışlar aparılıb və bomba aşkar edilməyib.

Polis xəbərdarlıqlarla əlaqədar məscidlərdə mühafizə tədbirlərini davam etdirir.

Məscidlərdə cümə namazı zamanı hər hansı hadisə baş verməyib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00