536
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüşün konkret tarixi hələ müəyyən edilməyib, lakin onun gələn həftə olması ehtimalı azdır.
Bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.
“Bizə iki ölkənin nümayəndə heyətləri arasında sıx işləmək lazımdır. Biz buna hazırıq, lakin iki liderin görüşünün konkret tarixi barədə danışmaq hələ çətindir”, – Uşakov deyib.
Prezidentlərin görüşünün gələn həftə baş tuta biləcəyi ilə bağlı dərc etdiyi məlumata şübhə ilə yanaşan Uşakov söyləyib ki, bunu demək çətindir.
Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları yekunlaşıb. Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları yekunlaşıb.
Danışıqlar təxminən 4,5 saat davam edib.