309
Qum fırtınasının İraqı cənginə alması nəticəsində hava limanları məcburi şəkildə fəaliyyətlərini dayandırmalı olub. Minlərlə insan xəstəxanaya yerləşdirilib.
Bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin sözçüsü Saif əl-Bədrin verdiyi məlumata görə, boğucu toz dumanı həyatı iflic edib. Toz fırtınası nəticəsində 4000-ə yaxın insan xəstəxanalara yerləşdirilib. Bəsrə və Nəcəfdə hava limanlarıının fəaliyyəti dayandırılıb.
AFP-in məlumatına görə, fırtına bölgəni qorxunc narıncı dumanla bürüdüyü üçün mərkəzi və cənub şəhərlərində görmə məsafəsi bir kilometrdən də aşağı düşüb.