İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la nüvə proqramı ilə bağlı danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.
guney.az xəbər verir ki, bu gün Omanın xarici işlər naziri Seyid Bədr Əl-Busəidin vasitəçiliyi ilə tarixi Roma şəhərində dolayı İran-ABŞ danışıqlarının ikinci raundu keçiriləcək.
İranlı nazir Araqçi Ağ Ev rəsmiləri ilə Romada İranın nüvə proqramı və ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarına son qoyulmasını müzakirə edəcək.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında ilk görüş aprelin 12-də Omanda baş tutub.
Romada baş tutacaq görüş barədə mövqeyini açıqlayan İran xarici işlər nazirliyinin sözçüsü İsmail Bəqayi deyib ki, danıqşılar elə də asan olmayacaq. “Biz bunu yaxşı bilirik və buna da hazırıq”, – o qeyd edib.