Ana səhifə XəbərlərDünya Napoleonun qılıncı hərraca çıxarılır

Napoleonun qılıncı hərraca çıxarılır

admin

Fransa imperatoru I Napoleona (1769-1821) məxsus, hakimiyyətinin əvvəlindən sonuna kimi istifadə etdiyi qılınc ilk dəfə hərraca çıxarılacaq.

Məlumatı AFP agentliyi hərracın təşkil olunacağı Drouot hərrac evinin bəyanatına istinadən yayıb.

1802-ci ildə Napoleon Fransa Respublikasının Birinci Konsulu olduqda, Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən “şəxsi istifadə üçün” qılınc sifariş edib. Hərrac evi vurğulayıb ki, Napoleon imperator taxtına oturduqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb. O, taxtdan imtina etdikdən sonra qılıncını ən yaxın silahdaşlarından birinə, marşal Emmanuel de Qrouşiyə təhvil verib: “Silah 1815-ci ildən marşalın övladlarında saxlanılır və ilk dəfə açıq hərraca çıxarılacaq”.

Agentlik qeyd edir ki, Napoleonun sifarişi ilə Versal manufakturasında iki qılınc hazırlanıb. Hərraca çıxarılanla eyni olan ikinci qılınc Rusiyada, Sankt-Peterburq Ermitaj Muzeyinin kolleksiyasındadır.

Mütəxəssislər lotun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər. Hərrac mayın 22-də Parisdəki H tel Drouot mehmanxanasında keçiriləcək.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00