267
Paytaxtın Səbail rayonunda talama cinayəti qeydə alınıb.
Rayonun Nizami küçəsində yaşayan qadının mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 37 yaşlı E.Carçıyev saxlanılıb.
Araşdırma aparılır.