256
Ukraynanın Ternopil bölgəsində qadın 4 yaşlı oğlunu qətlə yetirib.
Bu barədə Ternopil Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, patologiya ilə doğulan oğlanın ağır xəstəlik səbəbindən xüsusi daimi qayğıya ehtiyacı olub. Lakin ana 4 yaşlı oğlunu bir neçə gün nəzarətsiz qoyub.
Ekspertizanın rəyinə görə, uşağın ölümü burun-ağız dəliklərinin bağlanması nəticəsində yaranan mexaniki asfiksiya nəticəsində baş verib.
Ana saxlanılıb, araşdırma aparılır.