Ana səhifə XəbərlərDünya Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı

Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı

admin

“Hamburq” futbol klubunun qələbəsi şərəfinə Almaniyanın eyniadlı şəhərində keçirilən mərasimlər zamanı 44 azarkeşə tibbi yardım göstərilib.

Bir nəfər həyatı üçün təhlükəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 19 futbol azarkeşi ağır, 5 nəfər isə yüngül xəsarətlərlə yaxınlıqdakı klinikalara müraciət edib.

Bildirilir ki, tamaşaçılar tribunalardan meydançaya tullanıblar. Bundan əlavə, bəziləri matçdan sonra baş verən dava-dalaş nəticəsində xəsarət alıb.

Xatırladaq ki, ötən gün “Hamburq” “Ulm” klubu ilə oyunda 6:1 hesabı ilə qalib gəlib və Bundesliqaya vəsiqə qazanıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00