211
Nigeriyanın mərkəzində yerləşən Benue ştatında silahlı hücumlar nəticəsində azı 23 nəfər həlak olub.
Bu barədə “Agence France-Presse” Qızıl Xaç Cəmiyyətinə istinadən xəbər verir.
Cəmiyyətin sözçüsü Entoni Aba deyib ki, hadisələr şənbə günü dörd kənddə baş verib: “Hadisə yerindən gələn xəbərlər ayrı-ayrı hücumlarda ən azı 23 nəfərin öldüyünü təsdiqləyir”.
Vurğulanıb ki, silahlı hücumlarda daha bir neçə nəfər yaralanıb.
Mərkəzi Nigeriyada əraziyə nəzarət uğrunda köçəri çobanlarla fermerlər arasında müntəzəm olaraq toqquşmalar baş verir. Bir çox çobanlar müsəlman etnik qruplar, bir çox fermerlər isə xristian olduqları üçün bu toqquşmalar çox vaxt dini və ya etnik çalar alır.