“İlıq su orqanizm tərəfindən daha yaxşı mənimsənilir”.
Bunu rusiyalı həkim Olqa Rublyova deyib.
O bildirib ki, əsas maye mənbəyi kimi adi, qazsız içməli suya üstünlük verilməlidir.
Həkimin sözlərinə görə, orqanizmdə optimal su balansını qorumaq üçün mütləq təmiz su içmək vacibdir:
“Bədən maye itirdikdə, xüsusilə də yüksək temperatur, nəfəs darlığı, ishal və ya qusma kimi hallar zamanı daha çox su içmək lazımdır. Belə vəziyyətlərdə su itkisini kompensasiya etmək üçün su qəbulu artırılmalıdır.
Suyun mənimsənilməsində onun temperaturu da mühüm rol oynayır. Soyuq su orqanizm tərəfindən daha gec mənimsənilir, çünki bədən əvvəlcə onu isitməlidir. İlıq su isə daha tez mənimsənir və xüsusilə soyuqdəymə və digər xəstəliklər zamanı çoxlu maye içmək lazım olduqda istehlak üçün idealdır.